Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirilib

2024.01.29 20:01 (UTC+04:00)

Üçüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayev ilə Mentorluq proqramı çərçivəsində keçirdiyimiz görüşdə onlara təbriklərimizi çatdırdıq, üstün peşə bacarıqlarına malik kadrlarla iş prinsipləri, fərdi inkişaf planlarının müəyyənləşdirilməsi, idarəçilik səriştələrinin artırılması üzrə təcrübələr və perspektiv fəaliyyət istiqamətləri barədə fikirlərimizi bölüşdük.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.