Çinlə ticarət dövriyyəsi 44 faizədək artıb

2024.01.29 17:52 (UTC+04:00)

2023-cü il ərzində Azərbaycanın Çinlə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 43,7 faiz və ya 942,4 milyon ABŞ dolları artaraq 3,1 milyard dolları üstələyib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan Çinə 78,7 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 8,2 faiz və ya 5,97 milyon dollar çoxdur.

Çindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 44,9 faiz və ya 936,5 milyon dollar artaraq 3,02 milyard dollar təşkil edib.

2023-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 6,06 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,96 faiz bəndi çoxdur.