İxracatçılar üçün yeni dəstək mexanizmləri hazırlanıb

2024.01.29 15:24 (UTC+04:00)

Yaxın zamanlarda ölkənin Milli İxrac Strategiyasının, eyni zamanda, logistikanın subsidiyalaşdırılması istiqamətində müvafiq sənədlərin təsdiq edilməsi gözlənilir.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, tətbiq ediləcək mexanizmlər ixracatçılara dəstək məqsədi daşıyır. “Bununla yanaşı, birbaşa xarici investisiyaların təşviqi strategiyası da hazırlanıb” - deyə Y.Abdullayev qeyd edib.