Azərbaycanda irimiqyaslı investisiya forumunun keçirilməsi planlaşdırılır

2024.01.29 13:48 (UTC+04:00)

COP29 çərçivəsində Azərbaycanda irimiqyaslı investisiya forumunun keçirilməsi planlaşdırılır.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu forum ölkəmiz və ümumilikdə region üçün çox böyük bir tədbir olacaq.

"Hazırda tədbirin strukturu üzərində işlər görülür",- Y.Abdullayev əlavə edib.