Ötən il SİF tərəfindən 193,8 milyon manat güzəştli kredit ayrılıb

2024.01.29 12:10 (UTC+04:00)

Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3.276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlər hesabına 3.000-dən çox yeni iş yeri yaradılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında yazıb.

Nazir qeyd edib ki, kreditlərin layihə sayı üzrə 99,8%-i, məbləğ üzrə isə 91,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.