Qeyri-neft məhsullarının ixracında tarixi rekord

2024.01.29 11:56 (UTC+04:00)

2023-cü ildə Azərbaycandan 110-dan çox ölkəyə 3,348 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu, əvvəlki illə müqayisədə 9,8% çoxdur və yeni tarixi rekord hesab olunur.