"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2024.01.29 11:34 (UTC+04:00)

1. Yeni qaydalara görə 20% vergi ödəməli olan mikro sahibkarlar gələcəkdə güzəştləri necə geri ala bilərlər? Dövlət Vergi Xidməti suallara aydınlıq gətirib.

2. Aliment məbləğindən narazı qalan tərəf onu artıra bilərmi? Aliment Fondu boşanan qadınların problemini necə həll edə bilər?

3. Qısamüddətli kiçik kreditlər almaq imkanı... Ödəniş təşkilatları kimlərə və hansı şərtlərlə kredit verəcək?

4. Yeni Rəqabət Məcəlləsi sahibkarlar üçün nəyi dəyişəcək? İnhisarçılıqla mübarizədə hansı yeniliklər olacaq?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 28 yanvar 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz.

Verilişin qonağı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev Günel Bəhramqızının suallarını cavablandırır.