Masallı Sənaye Məhəlləsinin rezidenti planlarını açıqlayıb

2024.01.29 10:42 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsinin rezidenti "ELC-ZM" MMC Qarabağda həyata keçirilən yenidənqurma layihələrində iştirak üçün araşdırmalar aparmağa başlayıb. Bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına dam örtüklərinin istehsalı ilə məşğul olan MMC-nin təsisçisi Elman Quliyev deyib. Onun sözlərinə görə, hazırda Qarabağda nə kimi işlər görə biləcəklərini araşdırırlar.

E.Quliyev bildirib ki, bu il ərzində təqribən 1000 ton məhsul istehsal etməyi planlaşdırırlar. 2018-ci ildən Sənaye Məhəlləsinin rezidenti olaraq fəaliyyətə başlayan MMC-nin ay ərzində təqribən 100-200 ton məhsul istehsal etmək gücü var. İstehsal üçün tələb olunan xammal - rulon dəmirlər Azərbaycana Çindən və Türkiyədən idxal edilir.

MMC-nin təsisçisi daxili bazarda təxminən 5-10 faizlik paya sahib olduqlarını nəzərə çatdırıb.

İlhamə İSABALAYEVA