“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) aprel ayından etibarən Pakistanın ən böyük şəhəri Kəraçiyə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
AZAL-dan verilən məlumata görə, Bakıdan Kəraçi şəhərinə ilk reys aprelin 18-nə planlaşdırılıb. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Qeyd edək ki, hazırda aviaşirkət Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora uçuşlar həyata keçirir.