Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən ölkəmizdə fəaliyyət göstərən 100-dən çox yerli və xarici şirkət arasında Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya qoyuluşu ilə bağlı sorğu və müsahibələr keçirilib.
Bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.
Onun sözlərinə görə, sorğunun əsas məqsədi ölkənin rəqəmsal iqtisadiyyatına xaricdən investisiyaların cəlb edilməsi üçün hansı çağırışların olduğunu, nələri inkişaf etdirməyin, nələrin aradan qaldırılmasının tələb olunduğunu müəyyən etməkdir: “2024-cü ilin sentyabr ayınadək hesabat tam yekunlaşacaq və biz Dünya İqtisadi Forumu ilə böyük bir tədbir keçirib onu açıqlayacağıq”.