Yanvarın 29-da “AzerGold” QSC-nin ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
QSC-dən verilən məlumata görə, AZ2003019877 İSİN-li istiqrazlar BFB-nin Listinq Komitəsinin qərarı ilə standart bazar seqmentində listinqə daxil edilib.
İstiqrazların baza emissiya prospekti və birinci buraxılış üzrə yekun şərtlərini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (bfb.az/az/emitentler) bölməsindən əldə etmək olar.