Türkiyə ilə ticarət dövriyyəsi 31 faiz artıb

2024.01.25 14:03 (UTC+04:00)

2023-cü il ərzində Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 31 faiz və ya 1,8 milyard ABŞ dolları artaraq 7,65 milyard dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan Türkiyəyə 5,3 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 51,2 faiz və ya 1,81 milyard dollar çoxdur.

Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 0,3 faiz və ya 6,15 milyon dollar azalaraq 2,29 milyard dollar təşkil edib.

2023-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 14,94 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 3,86 faiz bəndi üstələyir.