"Araz Vadisi İqtisadi Zonası"nda rezidentlərin sayı 7-yə çatıb

2024.01.25 11:09 (UTC+04:00)

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "ZF Group” MMC-yə rezident statusu verilib və bununla da rezidentlərin sayı 7-yə çatıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Nazir qeyd edib ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində müxtəlif çeşiddə yapışqan lentlərin istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 1 milyon manat olan müəssisədə 32 nəfər daimi işlə təmin olunacaq.