Yanvarın 23-25-dək Səudiyyə Ərəbistanının Məkkə şəhərində Məkkə Halal Forumu keçirilir.
Azərbaycan Sahibkarlar Konfederasiyasından verilən məlumata görə, Forumda Konfederasiyanın prezidenti Məmməd Musayevin rəhbərliyi ilə qida, parfümeriya, xidmət sektorlarının təmsil edən sahibkarlar iştirak edirlər.
Forum çərçivəsində keçirilən Məkkə Halal Sərgisində ASK və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sərgi stendləri də fəaliyyət göstərir. Stendlər sərgiyə gələn ziyarətçilər tərəfindən maraqla qarşılanıb.