İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin rəqabət qurumlarının iştirakı ilə keçirilən iclas çərçivəsində Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle ilə ikitərəfli görüş keçirib.
Bu barədə Xidmət rəisi sosial şəbəkə hesabında yazıb.
Görüşdə ticarət əlaqələri və əlverişli investisiya layihələrinin həyata keçirilməsində sağlam rəqabət mühitinin önəmindən bəhs edilib.
“Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan və yenicə təsdiq olunan Rəqabət Məcəlləsində biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verdik. Hər iki qurumda kadr potensialının inkişaf etdirilməsi məqsədilə əməkdaşların uzunmüddətli qarşılıqlı olaraq iş prosesinə cəlb olunması, rəqabət sahəsində məlumat bazasının inkişaf etdirilməsi üçün nəzəri və praktiki baxımdan təcrübə mübadiləsi istiqamətlərində razılığa gəldik”, - M.Abbasbəyli əlavə edib.