Cənubi Qafqaz boru kəməri ilə qazın nəqli artıb

2024.01.24 16:14 (UTC+04:00)

2023-cü il ərzində magistral qaz kəmərləri ilə 39 806,9 milyon kubmetr qaz nəql edilib ki, bu da bir il öncəki göstəricini 1,5 faiz və ya 590 milyon kubmetr üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, qazın nəqlinin 54,8 faizi və ya 21800,1 milyon kubmetri Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib ki, bu da illik ifadədə 4,8 faiz və ya 996,4 milyon kubmetr çoxdur.