Ağdamda ayaqqabı istehsalına başlanılacaq

2024.01.24 12:24 (UTC+04:00)

Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC fevral ayının sonuna qədər fəaliyyətə başlamağı nəzərdə tutur.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “BAFCO İnvest” MMC-nin direktoru Elnur Allahverdiyev deyib.

Onun sözlərinə görə, bu ilin fevral ayında istehsal məkanları açılışa tam hazır olacaq. Sənaye Parkının 1,3 hektar ərazisində ildə 500 min cüt ayaqqabı istehsal etmək gücündə olan müəssisəyə 10,5 milyon manat investisiya yatırılıb.

“BAFCO İnvest” MMC müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı ilə məşğul olacaq. Müəssisə tam gücü ilə işlədiyi zaman ay ərzində 45 min cüt ayaqqabı istehsal etməyi planlaşdırır. İlkin mərhələdə isə ay ərzində 15 min cüt ayaqqabı istehsal ediləcək.

“Made in Azerbaijan” brendi altında istehsal edilən ayaqqabıların 40 faizi xaricə ixrac ediləcək. Məhsulun 60 faizi isə yerli bazar üçün nəzərdə tutulur.

İlhamə İSABALAYEVA