Bu il istifadəyə veriləcək madeinazerbaijan.gov.az elektron platforması vasitəsilə ixracatçılara daha yüksək və keyfiyyətli xidmətlər göstəriləcək.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı AZPROMO və Beynəlxalq Ticarət Mərkəzinin (BTM) birgə təşkilatçılığı ilə “Malların və xidmətlərin ticarəti zamanı qeyri-tarif maneələri” adlı tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, eyni zamanda, BTM ilə birlikdə ticarət informasiya portalı üzərində işlər aparılır ki, bu ilin sonunadək onun da pilot layihə kimi istifadəyə verilməsi planlaşdırılır. "Bu portalda ticarət iştirakçıları üçün bütün məlumatlar əks olunacaq və onlar çox asan şəkildə məlumat əldə edə biləcəklər",- deyə T.Hacılı qeyd edib.