Türk dövlətləri arasında ticarət dövriyyəsi 42 milyard dollara yüksəlib

2024.01.23 18:24 (UTC+04:00)

Türk dövlətləri arasında ticarət dövriyyəsi 2022-ci ildəki 33 milyard ABŞ dollarından 2023-cü ildə 42 milyard dollara yüksəlib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat Türkdilli Dövlətlərin Rəqabət Şurasının 1-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, türk dövlətlərinin ümumi milli gəliri 1,5 trilyon dollardır.

“Ölkələrimiz təbii sərvətlərlə zəngindir. Dünyanın ən mühüm dəhlizi olan Orta Dəhliz türk dövlətlərinin ərazisindən keçir. Ticarət yolunun üzərində yerləşməni nəzərə alsaq, ticarət-iqtisadi əməkdaşlığımızın daha da inkişafı üçün böyük imkanlar var”, - deyə Ö.Bolat qeyd edib.