2023-cü il ərzində ümumilikdə vergi orqanlarına 337.285 müraciət daxil olub ki, bunun da 93 faizi ərizə, qalan hissəsi təklif və şikayət olub. Müraciətlərin 98,6 faizinin baxılması il ərzində başa çatdırılıb. Baxılmış müraciətlərdən 64,8 faizi həll olunub, qalanları barədə qanunamüvafiq izahatlar verilib.
Daxil olmuş şikayətlərin faktiki sayı əvvəlki illə müqayisədə 11,9 faiz azalıb. Həll edilmiş şikayətlərin əksəriyyəri kameral vergi yoxlaması, vergi ödəyicisinin qeydiyyatı, maliyyə sanksiyasının silinməsi, vergi mükəlləfiyyəti növləri, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri və digər məsələlər ilə bağlı olub.
2023-cü il ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 736, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 69 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.