Biznes, istehlak və ipoteka kreditlərinin həcmi artıb

2024.01.23 12:59 (UTC+04:00)

2023-cü ilin dekabr ayında bankların kredit portfeli 1,3 faiz və ya 301,7 milyon manat artaraq 23,183 milyon manata çatıb.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, kredit portfelinin strukturunda biznes kreditlərin payı 54,4 faiz (12 616,8 milyon manat), istehlak kreditlərinin payı 29,9 faiz (6 937,0 milyon manat), ipoteka kreditlərinin payı isə 15,7 faiz (3 629,2 milyon manat) təşkil edib.

Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 195,5 milyon manat (+1,6 faiz), 67,3 milyon manat (+1 faiz) və 38,9 milyon manat (+1,1 faiz) artıb.

Ümumilikdə 2023-cü ildə bankların kredit portfeli 18,3 faiz və ya 3,6 milyard manat artıb. Kredit portfelinin artımının 49 faizi biznes, 33 faizi istehlak, 18 faizi isə ipoteka kreditləri hesabına təmin edilib.