Azərbaycanda ilk dəfə "Əks kreaton" keçirilib

2019.07.02 16:40 (UTC+04:00)

Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib: "İlk dəfə olaraq tələbələrimiz biznes nümayəndələrinə öz təkliflərini kreaton çərçivəsində təqdim edəcəklər. Gənc nəslin texnoloji imkanları və gözləntiləri biznes həllərin təkmilləşdirilməsi üçün faydalıdır. Adətən, biznes nümayəndələri gənclərə tövsiyə edirdi, indi əksinə olacaq - gənclərimiz öz ideyaları ilə biznes modelinin təkmilləşdirilməsində iştirak edəcəklər. "Enterpriseazerbaijan.com" portalı gənclərin biznes ideyalarının gerçəkləşməsində beynəlxalq partnyorları ilə birgə yaxından iştirak edir".

İki gün davam edəcək seminarın əsas məqsədi gənc tələbələrin və biznes nümayəndələrinin bir araya gələrək cari biznesin çətinlikləri, mümkün inkişaf istiqamətləri və strategiyaları mövzusunda innovativ müzakirələr aparmaqdır.