Un məmulatlarının istehsalının inkişafı layihəsinə güzəştli kredit ayrılıb

2024.01.22 13:12 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən "Cooky Chefs" MMC-yə un məmulatlarının istehsalının inkişafı layihəsi üçün 200 min manat güzəştli kredit ayrılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.

Nazir vurğulayıb ki, kiçik və orta biznesin fəaliyyətinin stimullaşdırılması onların iqtisadiyyatda rolunun möhkəmləndirilməsinə xidmət edir.