“4Sİ Akademiyası” layihəsi çərçivəsində daha 1000 nəfər “Coursera” beynəlxalq tədris platformasında 6 həftəlik təlimlərə başlayır. Layihədən indiyədək 4000 nəfər faydalanıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) məlumatına görə, 4SİM, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkətinin əməkdaşlığı ilə "4Sİ Akademiyası" layihəsi çərçivəsində iştirakçılar üçün süni intellekt, böyük verilənlər (Big Data), maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları, həmçinin, liderlik, kommunikasiya və ingilis dili bacarıqları da daxil olmaqla, ümumilikdə 89 sub-kateqoriya üzrə 800-ə yaxın kurs təqdim olunur.
Layihə başlayandan 7000 nəfərə yaxın şəxs təlimlərdə iştirak üçün müraciət edib. Onlar 1 il ərzində mərhələli şəkildə “Coursera” platformasında seçdikləri təlim proqramlarından faydalanacaqlar.