Davosda Dünya İqtisadi Forumunun idarəedici direktoru ilə görüş keçirilib

2024.01.19 14:11 (UTC+04:00)

Davos İqtisadi Forumu çərçivəsində Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə keçirdiyimiz görüşdə Azərbaycanın "yaşıl" enerji siyasətinə və iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərinə fəal dəstəyini, geoiqtisadi çağırışlar fonunda ölkəmizdə dayanıqlı biznes imkanlarının stimullaşdırılması istiqamətində həyata keçirilən işləri və COP29 tədbirinə hazırlıq ərəfəsində gündəlikdə yer alan məsələləri müzakirə etdik.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında yazıb.