Səudiyyə Ərəbistanı ilə qarşılıqlı investisiyaların təşviqi nəzərdən keçirilib

2024.01.19 12:12 (UTC+04:00)

Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Faysal Əlibrahim ilə Davos İqtisadi Forumu çərçivəsində keçirdiyimiz görüşdə ikitərəfli iqtisadi əlaqələrimizin gündəliyində olan məsələləri, ticarətin şaxələndirilməsini və qarşılıqlı investisiyaların təşviqini nəzərdən keçirdik.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.