Moldova ilə biznes dairələri arasında tərəfdaşlıq imkanları müzakirə olunub

2024.01.18 16:11 (UTC+04:00)

Moldova ilə iqtisadi əməkdaşlığımızın gücləndirilməsinin prioritet istiqamətlərinə energetika, ticarət və investisiyaların təşviqi daxildir.

Məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşıb.

"Bu ölkənin Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba ilə Davos İqtisadi Forumu çərçivəsində keçirdiyimiz görüşdə birgə təşəbbüslərin artırılması və ölkələrimizin biznes dairələri arasında tərəfdaşlığın təşviqi imkanlarını dəyərləndirdik", - nazir bildirib.