Beynəlxalq tərəfdaşlarla potensial sahələrdə birgə fəaliyyət imkanları nəzərdən keçirilib

2024.01.18 15:21 (UTC+04:00)

Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə birlikdə "Trafigura Group Pte Ltd"nin sədri və baş icraçı direktoru Ceremi Veirlə şirkətin ölkəmizlə "yaşıl" enerjiyə keçid, dekarbonizasiya, alüminium istehsalı kimi sahələrdə səmərəli əməkdaşlığını, Azərbaycanın biznes mühitinin perspektivlərini və COP29 çərçivəsində potensial sahələrdə birgə fəaliyyət imkanlarını nəzərdən keçirdik.

İqtisadiyyat naziri Mikayıl Cabbarov görüş barədə paylaşım edib.