Davos İqtisadi Forumu çərçivəsində Avropa Komissiyasının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra ilə qlobal platformalarda dayanıqlı enerji siyasətinin aspektləri, Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin artırılması istiqamətində reallaşdırılan layihələr, ölkəmizin iqlim dəyişiklikləri üzrə çağırışlara töhfə verəcək hədəfləri və COP29 tədbiri üzrə nəzərdə tutulmuş işlər barədə danışdıq.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.