Davos İqtisadi Forumu çərçivəsində "Indorama Ventures" şirkətinin sədri Şri Prakaş Lohia ilə görüşümüzdə ekoloji təmiz texnologiyaların tətbiqinin qlobal əhəmiyyəti, ölkəmizin dayanıqlı istehsala keçid sahəsində hədəfləri, şirkət tərəfindən təqdim edilən səmərəli mexanizmlər və əməkdaşlıq imkanları başlıca müzakirə mövzuları oldu.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında yazıb.