Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "Honeywell" şirkətinin baş icraçı direktoru Vimal Kapur ilə görüşdük.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
"Şirkətin ölkəmizlə əməkdaşlığı, təqdim edilən innovativ həllərin Azərbaycanda dayanıqlı enerji resurslarından istifadənin genişləndirilməsi üçün potensial əhəmiyyəti və iqtisadiyyatın bir çox sahələrində səmərəli fəaliyyətin təşkili barədə fikir mübadiləsi apardıq", - nazir əlavə edib.