Ölkəmizin sıfır emissiyaya doğru hədəflərini reallaşdırmaq imkanları nəzərdən keçirilib

2024.01.17 12:15 (UTC+04:00)

Yaşıl enerjiyə keçidin təmin edilməsi üçün ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni intensivləşdirmək məqsədilə bu sahədə ixtisaslaşmış şirkətlərlə fəal əməkdaşlıq qurulur.

Davos İqtisadi Forumu çərçivəsində Hindistanın "ReNew" şirkətinin sədri və baş icraçı direktoru Sumant Sinha ilə görüşdə ekoloji mühiti dəstəkləyən biznes həllərini, şirkətin təklif etdiyi dekarbonizasiya mexanizmləri ilə ölkəmizin sıfır emissiyaya doğru hədəflərini reallaşdırmaq imkanlarını nəzərdən keçirdik.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.