AYİB – Azərbaycan əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub

2024.01.17 15:22 (UTC+04:00)

Davos İqtisadi Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşdə AYİB – Azərbaycan əməkdaşlığının bərpa olunan enerji sahəsində genişləndirilməsinin əhəmiyyətini, ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal təmsilçiliyini və COP29 tədbirinin ölkəmizdə keçirilməsinin perspektivlərini vurğuladıq.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"AYİB-in bu istiqamətdə Azərbaycana dəstəyi ifadə olundu", - nazir bildirib.