Ölkəmizdə aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri barədə danışılıb

2024.01.17 12:14 (UTC+04:00)

Davos İqtisadi Forumu çərçivəsində "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Yakob Orup-Andersen ilə şirkətin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizdə aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri barədə danışdıq.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb: "Şirkət tərəfindən ölkəmizdə istehsalın lokallaşdırılması sahəsində görülən işləri və yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik".