2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın Əlcəzairlə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətdə 65,3 faiz və ya 849,39 min ABŞ dolları artaraq 2,1 milyon dolları üstələyib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin ilk 11 ayında Azərbaycandan Əlcəzairə 1,5 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən təqribən 4,9 dəfə və ya 1,23 milyon dollar çoxdur.
Əlcəzairdən Azərbaycana idxTitle imageal edilən məhsulların dəyəri isə 39,2 faiz və ya 386,8 min dollar azalaraq 598,8 milyon dollar təşkil edib.