Maliyyə və sığorta sahəsi üzrə ümumi ödəniş daxilolmaları artıb

2024.01.17 11:47 (UTC+04:00)

2023-cü ilin dördüncü rübündə maliyyə və sığorta sahəsi üzrə ümumi ödəniş daxilolmaları 2,6 milyard manat təşkil edib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Azərbaycan Mərkəzi Bankının "Sahələrarası maliyyə axınlarının təhlilinə dair hesabat"ına istinadən xəbər verir ki, bu iqtisadi fəaliyyət sahəsində daxil olan ödənişlərin məbləği 2022-ci ilin müvafiq dövrünə nəzərən 32 faiz və ya 625,5 milyon manat artıb.

Artıma töhfə verən əsas amil pul vasitəçiliyi qrupundan irəli gələn artım olub. Belə ki, bu qrupda 2,6 dəfə və ya 867 milyon manat artım qeydə alınıb.