"ASAN Xidmət" "StartupBlink" tərəfindən "Qafqazda ən yaxşı startap nəticələri" mükafatına layiq görülüb

2024.01.17 10:22 (UTC+04:00)

Azərbaycanın innovativ brendi "ASAN Xidmət" qlobal startap xəritəsini formalaşdıran mötəbər beynəlxalq təşkilat "StartupBlink" tərəfindən innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə "Qafqazda ən yaxşı startap nəticələri" mükafatına layiq görülüb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə hesabındakı paylaşımında bu haqda deyilir.

"Qlobal reytinqə görə, 2023-cü ildə ölkəmiz bu sahədə ən uğurlu 100 ölkə siyahısında 84-cü yerdə qərarlaşıb. "ASAN Xidmət" heyətinə təbriklərimizi çatdırır və biznes mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkürümüzü bildiririk", - nazir əlavə edib.