Davos İqtisadi Forumu çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibi Serxio Muxika ilə qlobal çağırışlara adekvat həlləri təmin edən standartların tətbiqi, ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin dəstəklənməsi üzrə təşəbbüslər, Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində əməkdaşlıq və beynəlxalq standartlar ictimaiyyəti üçün etibarlı proqramın hazırlanması üzrə tərəfdaş təşkilatlarla işbirliyi barədə müzakirələr apardıq.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.