Davos İqtisadi Forumu çərçivəsində "Japan Tobacco International" şirkətinin prezidenti və baş icraçı direktoru Eddi Pirard və beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviç ilə görüşdə şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığı barədə danışdıq.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"Azərbaycanın COP29 tədbirinə ev sahibliyi çərçivəsində nəzərdə tutulmuş işlər, həmçinin özəl sektorun COP29-un fəaliyyətinə cəlb olunması barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.