Ölkədə 2024-cü ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il yanvar ayının 1-i vəziyyətinə 1025,4 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, səpin aparılan sahənin 99 faizini və yaxud 1015,6 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 598,3 min hektarı buğda, 417,1 min hektarı arpa, 161,0 hektarı isə çovdar əkinlərinin payına düşür.