Ötən il ARDNF dövlət büdcəsinə 11,7 milyard manatdan çox vəsait transfert edib

2024.01.16 15:44 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcəsinin icrası çərçivəsində 11 737,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Fondun məlumatına istinadən xəbər verir ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 27,9 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 34,3 milyon manat yönəldilib.

2023-cü il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 32,8 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 2 132,1 milyon manat olub.