Naxçıvanda istehlakçılara 857 min manatdan çox ƏDV məbləği qaytarılıb

2024.01.16 15:12 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 yanvar 2024-cü il tarixə muxtar respublika ərazisində 2.798 ədəd yeni nəsil NKA quraşdırılıb. 2023-cü il ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 240 milyon manat olub.

Ötən il “ƏDVgerial” layihəsi çərçivəsində istehlakçılara 857,2 min manatdan çox, təkcə dekabr ayında isə 105 min manat ƏDV məbləği geri qaytarılıb. 2023-cü ilin yanvar ayı ilə müqayisədə dekabr ayında istehlakçılara qaytarılan məbləğ 5 dəfə artıb.