Prezident İlham Əliyev Neftçala rayonuna səfər edib

2024.01.16 14:56 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Neftçala rayonuna səfər edib.

Dövlətimizin başçısı Neftçala şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.