2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsində dəyişikliklər qüvvəyə minib. Həmin dəyişiklikləri bənd-bənd izah edən “Vergi Qanunvericiliyi və Şərhlər Toplusu” kitabının yeni – 2024-cü il versiyası artıq işıq üzü görüb.
“MKS Academy” tərəfindən nəşr olunan kitaba, son əlavə və dəyişikliklər nəzərə alınmaqla, Vergi Məcəlləsi və onun maddələri, bəndləri üzrə əvvəlki redaksiyalarla müqayisəli şəkildə, misalların köməyi ilə son dəyişikliklərin izahı daxil edilib. Son dəyişiklik və əlavələrin 110 səhifəlik izahında 50-dək misal və nümunələrdən istifadə olunub.
Kitabı əldə edən oxuculara “MKS Academy” tərəfindən daha bir xoş sürpriz olacaq. Belə ki, oxucular 1 ay müddətində MKS portalından ödənişsiz istifadə imkanı qazanacaqlar. Bu isə o deməkdir ki, saytın üstünlüklərindən faydalanan oxuculara vergi qanunvericiliyinə aid testləri həll etmək, qanunvericilik sənədləri və praktiki sənəd nümunələri və ən çox verilən suallarla tanış olmaq imkanı yaradılacaq.
Kitabı əldə etmək istəyənlər (050) 368 12 72 nömrəli telefonla və ya [email protected] e-mail ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.