2023-cü ilin sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 14,3 faiz və ya 7 milyard dollar artaraq 56 069,7 milyon dollar təşkil edib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Fondun məlumatına istinadən xəbər verir ki, hesabat ili ərzində ARDNF-nin büdcəsi 9 829 milyon manat həcmində profisit ilə icra olunub.
2023-cü il ərzində Fondun büdcə gəlirləri 21 661,9 milyon manat, büdcə xərcləri isə 11 832,6 milyon manat təşkil edib.
2023-cü il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 324,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 14 519,0 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər isə 3,6 milyon manat təşkil edib.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 6 337,8 milyon manat olub.