Naxçıvan şəhəri üzrə hazırlanan texniki sənədlərin sayında 72 faizlik artım qeydə alınıb

2024.01.16 12:22 (UTC+04:00)

2023-cü ildə Naxçıvan şəhəri üzrə hazırlanan texniki sənədlərin sayında əvvəlki illə müqayisədə 72 faiz artım müşahidə olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, ötən dövrdə daxil olan müraciətlərə əsasən, idarə 706 fərdi yaşayış evinə, 352 mənzilə, 5 qeyri-yaşayış binasına, 25 qeyri-yaşayış sahəsinə məxsus ümumilikdə 1088 daşınmaz əmlak obyektinin texniki pasportunu hazırlayıb, 632 torpaq sahəsinin plan-ölçüsünü tərtib edərək vətəndaşlara təqdim edib.

Hesabat dövründə texniki sənədlərin tərtibi zamanı 213 bölgü planı, 157 müayinə aktı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub. 22 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra olunub, müvafiq hesabatlar hazırlanıb.