2023-cü ilin dördüncü rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (32,9 faiz), topdan və pərakəndə ticarət (13,6 faiz) və tikinti (9,9 faiz) olub.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Azərbaycan Mərkəzi Bankının "Sahələrarası maliyyə axınlarının təhlilinə dair hesabat"ına istinadən xəbər verir ki, daxilolmalarda 2022-ci ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (1,9 milyard manat artım) və nəqliyyat və anbar təsərrüfatı (1,8 milyard manat artım) sahələri olub.
Ən çox artım nəqliyyat və anbar təsərrüfatı (146 faiz), elektrik enerjisi, qaz və buxar təchizatı (77 faiz) və inzibati və yardımçı xidmətlər (40 faiz) sahələrində olub.