2023-cü ildə sənaye zonalarında 12 müəssisə fəaliyyətə başlayıb

2024.01.15 16:10 (UTC+04:00)

2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 12 müəssisə fəaliyyətə başlayıb. Bu müəssisələr tərəfindən sənaye zonalarına 135 milyon manat investisiya yatırılıb, 744 daimi iş yeri yaradılıb.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.