"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2024.01.15 15:30 (UTC+04:00)

- İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlar sosial sığorta haqlarını necə geri alacaqlar?

- Fərdi sahibkarlar üçün vahid bəyənnamənin göndərilməsi prosesi asanlaşdırıldı.

- Bakıda yeni ucuz evlər tikiləcək. Baş planda evsizlərlə bağlı hansı təkliflər var.

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 14 yanvar 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz.

Verilişin qonağı Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə Günel Bəhramqızının suallarını cavablandırır.