Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ildə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 164,7 milyon manatdan çox vergi daxil olub ki, bu da 2022-ci ilə nisbətən 24,2 faiz və ya 32,1 milyon manat çoxdur. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları 2022-ci illə müqayisədə 29,4 faiz və ya 36,6 milyon manat artıb.